Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 702 yoluxma halı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 23 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 714 nəfərə çatıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 142, xəstəlikdən sağalanların sayı isə 136 766 nəfərə yüksəlib.
Milli.Az