Gürcüstan koronavirusa qarşı vaksini gələn ilin martında əldə edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Yekaterina Tikaradze parlamentdəki dinləmələr zamanı məlumat verib.
O bildirib ki, Gürcüstan peyvəndin ümumi dəyərinin 25 faizini artıq ödəyib.
Onun sözlərinə görə, peyvənd əsasən Gürcüstan əhalisinin 20 faizi üçün nəzərdə tutulub.
Y.Tikaradze deyib ki, ödənilən məbləğ Gürcüstana preparatı almaqla yanaşı seçmək hüququ da verir və ölkə bu hüquqdan səmərəli şəkildə istifadə edəcək.
Milli.Az