Dünya

Kolumbiya iki rus diplomatı deportasiya etdi

23 Dekabr 2020 15:14
Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya Rusiyanın Boqotadakı səfirliyində iki diplomatın qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, diplomatlardan ölkəni tərk etmələri istənilib.

"Bu qərar diplomatik münasibətlər üzrə Vyana konvensiyasının müddəalarına qarşı fəaliyyət göstərdiklərini təsdiqlədikdən sonra qəbul edildi",- deyə XİN-dən bildirilib.

Rus diplomatlar ölkədəki enerji infrastrukturu, texnoloji potensial və hərbi kəşfiyyat sahəsində casusluq etməkdə günahlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.