Dünya

Yeni virus Ukraynada da ortaya çıxdı

22 Dekabr 2020 13:57
Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.

"B.1.1.7 SARS-CoV-2" virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb.

"Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bununla da, mutasiya olmuş yeni virus ortaya çıxmış oldu. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır", -  Petrov qeyd edib.

Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Nikolay Toçitskiy "Ukrayna Səhiyyə Nazirliyi Avropa Sağlamlıq Təhlükəsizliyi Komissiyası və Avropa Komitəsi ilə İngiltərədə ortaya çıxan virusun mutasiya növü ilə əlaqədar gündəlik məlumat mübadiləsi aparır və ünsiyyətdədir. Mövzu birbaşa Səhiyyə Nazirliklərinin mütəxəssisləri tərəfindən müzakirə edilir", -  bildirib.

Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyə qədər İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.