Dünya

İtaliyada son sutka ərzində 674 nəfər koronavirusdan vəfat edib

19 Dekabr 2020 09:39
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 17 992 nəfər artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 674 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 67 894 nəfərə çatıb. Ölkədə hazırda 627 798 aktiv koronavirus xəstəsi var, onlardan 2819-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 921 778 nəfərdən 1 226 086 nəfər sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.