Dünya

Ermənistanda etirazçılar İrəvan-Gümrü yolunu bağladı

18 Dekabr 2020 13:49
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda etirazçılar yenidən İrəvan-Gümrü yolunu qapadıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə yolun Şirak vilayətindən keçən hissəsində baş verib. İtkin düşən erməni hərbi qulluqçularının ailə üzvlərindən ibarət olan aksiyaçılar övladları haqqında məlumat verilməsini tələb ediblər.

Etirazçılar sonradan Nikol Paşinyanın istefası tələblərini də səsləndirməyə başlayıblar. Bundan sonra polisin aksiyaya müdaxilə etdiyi və yolun açıldığı bildirilir. Saxlanılanların olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.