Dünya

Nigeriyada 300-dən çox məktəblini “Boko Haram” girov götürüb

15 Dekabr 2020 11:34
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigeriyada 300-dən çox məktəblini "Boko Haram" terror təşkilatı girov götürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ilə bağlı məsuliyyəti "Boko Haram" öz üzərinə götürüb.

"Katsinadakı qaçırma əməliyyatının arxasında mənim qardaşlarım dayanır", - terrorçuların lideri Abubakar Şekauyamın yaydığı səsli mesajda bildirilib.

Qeyd edək ki, dekabrın 11-də Nigeriyanın şimal-qərbində yerləşən Kankara regionundakı məktəbə hücum edən silahlılarla hökumətin təhlükəsizlik qüvvələri arasında atışmadan sonra 300-dən çox məktəbli yoxa çıxıb.

Xatırladaq ki, "Boko Haram" terror qruplaşması 2014-cü ildə Çibok regionunda da məktəbə hücum edərək yüzlərlə məktəblini girov götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.