Dünya

Dünyanı sarsan epidemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU

23 Sentyabr 2020 23:37
Baxış: 3 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada əhalinin vaksinasiya səviyyəsi 70-80%-ə çatarsa, ölkədə koronavirusun sirkulyasiyası 2021-ci ilin noyabrına qədər dayana bilər.

Milli.Az xəbər verir ki, bu proqnozu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburq verib. O bildirib ki, noyabr ayına qədər beş-altı milyon doza peyvənd istehsal ediləcəyinə ümid edir. Bu, əhalini 9-12 ay ərzində peyvəndləməyə və peyvənd səviyyəsini 70-80%-ə çatdırmağa imkan verəcək.

"Vaksinasiya patogenin populyasiya səviyyəsində dövriyyəsini dayandırmağa imkan verəcək", - o, mətbuat konfransı zamanı əlavə edib.

Qintsburq həm də peyvəndin qeydiyyatdan sonrakı araşdırmalarının necə davam etdiyindən söz açıb. Dərmanın ilk komponenti (ümumilikdə ikisi) artıq 2000 könüllü tərəfindən qəbul edilib. Onların 14-15%-i qızdırma və baş ağrısı kimi ağırlaşmalara sahibdir, lakin hamısı ilk gün ərzində yox olur. Peyvəndlərin 85 faizinin əks təsiri olmayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.