Koronavirus xəstələrinə iynə vurub öldürürlər? - Türkmənistanı şayiələr bürüyüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkmənistan hakimiyyəti ölkədə koronavirusun olduğunu hələ də inkar edir, hərçənd xəstəxanalar COVİD-19 simptomlu xəstələrlə doludur və üstəlik ölkəni bürüyən şaiyələrə görə, onları hansısa iynə ilə öldürürlər.
Milli.Az bildirir ki, virtualaz.org "Azadlıq" radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, Türkmənistan hakimiyyəti sentyabrın 7-də qanunvericiliyə dəyişiklik edib. Bu dəyişikliyə əsasən təhlükəli infeksion xəstəliyə yoluxduğunu düşünən adamlar hökmən həkimə müraciət etməlidir. Belə simptomlarla xəstəxanada olanlar isə tibb müəssisəsinin yazılı icazəsi olmadan oranı tərk edə bilməzlər.
Təhlükəli xəstəliklərə yoluxanların xəstəxanalara müraciət etməli olduğu haqda bu əmr dünyanın bütün ölkələrini bürümüş koronavirus pandemiyasını nəzərə alanda artıq görünür. Lakin Türkmənistanda koronavirus rəsmən mövcud deyil. Hərçənd hakimiyyət havadakı "tozun" potensial mənfi təsirləri barədə xəbərdarlıq edir və vətəndaşlara maska taxmağı tövsiyə edir.
Qeyri-rəsmi mənbələrdən daxil olan çoxsaylı məlumatlar isə göstərir ki, xəstəlik Türkmənistanda nəzarətdən çıxıb. Əgər Türkmənistan hakimiyyəti ölkədə koronavirusun və digər təhlükəli yolxucu xəstəliklərin olmadığını deyirsə o zaman qanunu dəyişdirmək nəyə lazım idi? Nəyə görə vətəndaşlar həkimə müraciət etməyə məcbur edilir və bundan yayınanları 5 il həbs cəzası gözləyir?

Xəbərlərə görə, Türkmənistanda xəstəxanalar respirator xəstəliklər simptomlu insanlara doludur, bir çoxlarına görə, söhbət məhz koronavirus xəstələrindən gedir. Xəstəxanalarda pulsuz yerlər yoxdur, ağır xəstələri olanlar isə yaxınlarını xəstəxanalara yerləşdirə bilmək və onları oksigen aparatına qoşdurmaq üçün rüşvət verirlər. Bildirilir ki, insanlar müalicə almaq üçün xəstəxanalara üz tuturlar, amma səhiyyə sistemi həddən artıq yüklənib.
Üstəlik, son həftələr ərzində Türkmənistanda inanılması çətin olan şaiyələr baş alıb gedir. Məsələn, sentyabrın 1-də müstəqil Turkmen.news saytı Vekilbazar rayonundan polis mayoru Sape Qurbanquliyev haqda yazıb. Bildirilir ki, mayor iyunun sonlarında xəstələnib və Marı vilayət xəstəxanasına yerləşdirilib. Onun yüksək temperaturu olub, sonra ciyərlərinə maye yığılıb, amma vəziyyəti kritik olmayıb.
Sonra Qurbanquliyevin halı qəfildən pisləşib, onda tənəffüs problemi yaranıb. Nəticədə xəstəni Yoloten qəsəbəsindəki başqa xəstəxanaya aparıblar. İyulun 3-də arvadına zəng vurub, təcili xəstəxanaya gəlməyi və onu buradan çıxarmağı xahiş edib. Mayorun arvadı karantinə görə xəstəxanaya gedə bilməyib, ərinə zəng vurub deyib ki, onu buraxmırlar. Saytın yazdığına görə, mayor belə cavab verib: "Onda indi mənə iynə vurub öldürəcəklər!". Yarım saat sonra xəstəxanadan Qurbanquliyevin arvadına zəng vuraraq ərinin öldüyünü xəbər veriblər.

Türkmənistanın hər yerindən adamlar "Azadlıq" radiosunun redaksiyası ilə əlaqə saxlayıb analoji əhvalatlar danışırlar. Bildirilir ki, pasiyentlər koronavirus əlamətləri ilə xəstəxanalara daxil olurlar və bir neçə gün sonra ölürlər. Bəzən xəstəxanaya yerləşdirildikdən 1-2 saat sonra onların ölüm xəbəri gəlir. Qohumlarından isə tələb edirlər ki, həkimlərə və hakimiyyətə heç bir iradlarının olmadığı haqda izahat yazsınlar.
Onlarla adam hesab edir ki, COVİD-19 əlamətləri olan xəstələrə hansısa iynə vurub öldürüblər. Meyitləri isə plastik torbalarda verirlər, qohumlarına tapşırırlar ki, torbaları açmasınlar və meyiti təcili basdırsınlar.
Bu şaiyələr nə dərəcədə doğrudur, məlum deyil. Amma fakt faktlığında qalır: belə şaiyələr bütün Türkmənistanı bürüyüb və insanlar koronavirusa yoluxduqlarından şübhələnəndə xəstəxanalara müraciət etməkdən qorxurlar. Qanuna edilmiş həmin dəyişiklik isə insanların qorxusunu daha da artırıb və onlar düşünürlər ki, COVİD-19 əlamətləri ilə xəstəxanaya düşsələr öləcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?





