Dünya

Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb

15 İyul 2020 21:10
Baxış: 1 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) arasında qurulmuş, yaxşı əlaqələndirilmiş iş sayəsində Çindən Türkiyəyə yüklərin vaxtından tez çatdırılması artıq mütəmadi xarakter almağa başlayıb. Belə ki, Siandan İstanbula istiqamət götürən daha bir blok qatarını vaxtından üç gün tez mənzil başına çatdırmaq mümkün olub. 47 konteynerdən ibarət qatar Sian-İstanbul marşrutunu 16 günə (normativ 19 gün) başa vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müxtəlif yüklərin daşındığı qırx futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru "ADY Konteyner" şirkəti olan "Beket-Ata" fider gəmisi ilə çatdırılıb. Daha sonra konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində yola salınıb.

Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni 18 saata (normativ 24 saat), yəni 6 saat tez qət edib. Konteynerlərin Axalkalakidə aşırılmasına 11 saat (normativ 24 saat), Qarsda aşırılmasına isə 4 saat (normativ 24 saat) vaxt sərf edilib. Konteyner qatarı Qarsdan İstanbula 53 saata çatdırılıb. Bu isə normativdən 43 saat tez deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.