Dünya

“Qurmet” Kulinariya Festivalı bu il keçirilməyəcək

21 May 2020 08:43
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Budapeşt üçün ənənəvi olan məşhur "Qurmet" Kulinariya Festivalı koronavirus pandemiyası ilə əlaqədar bu il keçirilməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatçılar bununla bağlı yaydıqları məlumatda festivalın gələn il mütləq keçiriləcəyini vəd edirlər.

Məlumatda deyilir: "Biz hökumətin gördüyü tədbirləri, hakimiyyət və tərəfdaşlarımızla məsləhətləşmələrin nəticələrini diqqətə alaraq belə qənaətə gəldik ki, bu il "Qurmet" festivalını keçirə bilməyəcəyik. Təhlükəsizlik həmişə prioritetdir. Biz daxili və beynəlxalq hadisələri nəzərə alaraq, qonaqlarımız üçün məsuliyyəti öz üzərimizə götürmək kimi çətin bir qərar aldıq".

Satılmış biletlərin haqqı bir ay müddətində ödəmənin edildiyi bank kartlarına qaytarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.