Dünya

Türkiyədə əcnəbini “koronavirus yaymasına görə” bıçaqladılar

13 Mart 2020 14:24
0 Şərh     Baxış: 1 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Konya şəhərində yerli vətəndaş əcnəbini bıçaqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, U.G. göl kənarında balıq tutan əfqan mənşəli xarici vətəndaşlarla mübahisə edib.

O, əfqanlara "siz burada koronavirusu yayırsınız" deyib və Həbibullah adlı şəxsə hücum edərək onu bir neçə dəfə bıçaqlayıb.

Hadisə yerinə gələn tibb işçiləri vəziyyəti ağır olan Həbibullahı xəstəxanaya yerləşdiriblər.

Polis nəzarətinə götürülən U.G.-nın psixoloji problemlərinin olduğu iddia edilib.

Faktla bağlı araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.