Dünya

Koronavirusa yoluxmanın qeydə alınmadığı yeganə Avropa ölkəsi məlum oldu

12 Mart 2020 19:10
0 Şərh     Baxış: 2 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada koronavirusa yoluxma faktının təsdiq olunmadığı yeganə ölkə Monteneqro olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin İctimai Səhiyyə İnstitutunun epidemioloqu İqor Qali deyib.

O bildirib ki, bu günədək ölkədə 2 mindən çox şəxs koronavirus şübhəsi ilə müayinə olunub, onlarda 392 nəfəri müşahidə altında qalır. Bununla belə, indiyədək koronavirus heç bir xəstədə aşkar edilməyib.

Qeyd edək ki, dünyada 127 mindən çox insan koronavirusa yoluxub, 4,6 mindən çox xəstə ölüb, 68 mindən çoxu isə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.