Dünya

Gürcüstanda hərbi xidmətə çağırış təxirə salındı - SƏBƏB

11 Mart 2020 20:10
0 Şərh     Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda hərbi xidmətə yaz çağırışının müvəqqəti təxirə salınması barədə qərar qəbul edilib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, qərar Baş nazirin başçılığı altında idarələrası koordinasiya şurasının iclasında qəbul edilib.

Qərara əsasən, ölkədə növbəti hərbi xidmətə çağırış 1 ay müddətinə, yəni arelin 13-ə qədər təxirə salınıb.

Qeyd edək ki, bu gün şuranın qərarı ilə ölkədəki bütün təhsil müəssisələrində də tətil aprelin 1-ə qədər uzadılıb.

Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 298 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.