Meksika paytaxtında metroda iki qatar toqquşub.
Milli.Az Day.Az-a istinadən bildirir ki, qatarların toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 41 nəfərin isə xəsarətlər aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib, yaralılar arasında 2 maşinistin olduğu da qeyd edilir.
Hadisə yerli vaxtla axşam saat 23.30-da Takubaya metro stansiyasında qeydə alınıb.
Hadisənin konkret hansı səbəbdən baş verməsi məlum deyil. Meksika polisi faktla bağlı araşdırmaya başlayıb.
Milli.Az