Dünya

Çexiyada məktəblər bağlandı, tədbirlər təxirə salındı

10 Mart 2020 20:06
0 Şərh     Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada 100-dən çox insanın iştirakı ilə nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb, bundan başqa, məktəb və universitetlərdə dərslər dayandırılıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə respublikanın Baş naziri Andrey Babiş bildirib.

Respublika Təhlükəsizlik Şurasının xüsusi iclasından sonra keçirilən mətbuat konfransında A.Babiş qərarın koronavirusun sürətlə yayılması ilə əlaqədar verildiyini açıqlayıb.

Son məlumata görə, Çexiyada COVİD-19-a yoluxanların sayı 40 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.