Dünya

Rusiya İranla sərhədi bağlayır

6 Mart 2020 23:59
3 Şərh     Baxış: 2 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hökuməti İrandan gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən buraxılışının dayandırılmasını qərara alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin sərəncamında deyilir.

Qərar yeni tip koronavirusun yayılması ilə əlaqədar qəbul edilib və ona əsasən 7 Mart 2020-ci il tarixi, yerli vaxtla saat 00-dan müvəqqəti olaraq RF-nin dövlət sərhədindən əmək fəaliyyətini həyata keçirmək, təhsil almaq, həmçinin özəl, turist və tranzit məqsədləri ilə İran İslam Respublikasının ərazisindən gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılışı dayandırılır.

Qeyd olunur ki, məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına, təyyarələrin ekipajlarına, rəsmi nümayəndə heyətlərinin üzvlərinə və RF-da yaşamaq icazəsi olan şəxslərə şamil edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.