Sağlamlıq

COVID-19 keçirmiş şəxsləri qorxudacaq xəbər - qanda elə bir maddə tapıldı ki...

18 Noyabr 2025 08:09
Baxış: 496
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alimlər postkovid sindromu olan insanların qanında qeyri-adi mikrotromblar aşkar ediblər. Bu kiçik laxtaların xroniki yorğunluq, diqqət dağınıqlığı ("beyin dumanı") və nəfəs çatışmazlığı kimi şikayətlərin əsas səbəblərindən biri ola biləcəyi bildirilir.

Milli.Az xəbər verir ki, postkovid xəstələrində bu mikrotrombların sayı sağlam insanlarla müqayisədə təxminən 20 dəfə çoxdur və onlar daha iri, sıx və parçalanması çətin olur.

Tədqiqat həmçinin göstərib ki, immun hüceyrələrinin patogenləri tutmaq üçün yaratdığı yapışqan DNT və ferment "torları" - NET-strukturlar da ciddi şəkildə artıb. Alimlərin fikrincə, mikrotromblarla NET-strukturların birləşməsi qan dövranını kiçik damar səviyyəsində pozur və uzunmüddətli iltihabı gücləndirir.

Süni intellektin də tətbiq edildiyi araşdırmada alqoritm tək bir mikrotromb nümunəsinə əsaslanaraq postkovid xəstəsini 91% dəqiqliklə müəyyən edə bilib. Mütəxəssislər bu komplekslərin postkovid sindromu üçün ilk obyektiv biomarker ola biləcəyini düşünürlər.

Asya Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.