Dünya

Çexiyada ilk dəfə 3 nəfər koronavirusa yoluxub

1 Mart 2020 21:10
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı "Na Bulovce" xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.

Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda  istirahətdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.