Dünya

Neytral ölkədə müharibənin əks-sədası

1 Mart 2020 17:19
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə ölkənin iştirak etmədiyi müharibənin əks-sədası 170 nəfəri evindən məhrum edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Konfederasiya hakimiyyəti Mitxolts kəndini on il müddətinə "bağlamağı" nəzərdən keçirir - yaşayış məntəqəsinin yanında 3500 ton silah və İkinci Dünya müharibəsi dövrünün partlayıcı maddələri yerləşən köhnə döyüş sursat anbarı aşkar edilib.

1947-ci ildə Mitxoltsda 9 nəfərin həyatına son qoymuş güclü partlayış baş verib. O vaxtdan indiyədək anbar girişləri daş, torpaq, betonla bağlanılıb. Lakin iki il əvvəl tədqiqat təhlükənin çox real olduğunu göstərib.

Hazırda anbar barədə tədbirlər planı qurulmaqdadı. Bildirilir ki, döyüş sursat arsenalının məhvi bir milyard avro məbləq tələb edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.