Dünya

Dünya Səhiyyə Təşkilatı koronavirusa qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb

29 Fevral 2020 08:56
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusun dünyanın müxtəlif ölkələrində yayılması ilə əlaqədar vəziyyətin "həlledici məqama" çatdığını elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, DST-nin baş direktoru Tedros Gebreyesus mətbuat konfransında dünya ölkələrini virusun yayılmasına qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb. O, qeyd edib ki, qətiyyətli və erkən atılan addımlar virusun "məskunlaşması"nın və bununla da yoluxma hallarının qarşısını ala bilər.

T. Gebreyesus eyni zamanda Çin Xalq Respublikasında infeksiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirib və qeyd edib ki, bu tədbirlər həqiqətən yoluxma hallarının azalması və nəticədə epidemiyanın aradan qalxması ilə nəticələnə bilər. DST-nin rəhbəri bir sıra ölkələrdə ilk dəfə yoluxma hallarının elan olunmasını da narahatlıq doğurduğunu, bununla belə infeksiyanın qarşısının alınması üçün şansların yüksək olduğunu ifadə edib: "Əgər infeksiyaya qarşı aqressiv reaksiya göstərilsə, o zaman infeksiyanın yayılmasını dayandıra və insanların həyatını xilas edə bilərsiniz". Bunun üçün infeksiyanın erkən müəyyən edilməsi, xəstələrin təcrid edilərək karantinə alınması və yoluxmuş xəstələrlə təmasda olan şəxslərin nəzarətə götürülməsi daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.