Dünya

İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olundu

25 Fevral 2020 17:40
0 Şərh     Baxış: 2 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda virtual aləmdə yeni koronavirusa yoluxmanın qarşısının alınması ilə bağlı sosial şəbəkələrdə şərbət reklam edən məşhur aktrisa Behnuş Bəxtiyari məsuliyyətə cəlb olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təzirat (ictimai qaydaları pozan orqanlara və şəxslərə cəza tətbiq edən) Təşkilatının sözçüsü Yasir Rayqani deyib.

Təşkilat rəsmisi vətəndaşların belə reklamlara inanmamasını istəyib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirus nəticəsində 15 nəfərin həlak olduğunu və 95 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.