Dünya

İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ

25 Fevral 2020 14:06
0 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda indiyədək yeni koronavirusa (Covid 19) 95 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi 10 nəfərin sağaldığını bildirib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi yeni koronavursla bağlı 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.