Dünya

Səudiyyə Rusiya ilə neft ittifaqından çıxır

22 Fevral 2020 12:54
0 Şərh     Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı Rusiya ilə neft hasilatıyla bağlı yaratdığı dörd illik ittifaqdan çıxmaq niyyətindədir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal" yayıb. Qəzet Ər-Riyadın koronovirusun neft tələbatına təsirindən narahat olduğunu bildirib.

Ər-Riyadla Moskva arasında məhz bu məsələdə də fikir ayrılığı yaşanıb. Belə ki, Rusiya Səudiyyədən fərqli olaraq neft hasilatının azaldılmasına qarşı çıxıb. Moskvanın fikrincə, Çin biznesi bərpa olunur, koronavirus isə neftə məhdud təsir göstərir.

Bununla belə Səudiyyənin Küveyt və BƏƏ ilə neft hasilatının daha 300000 barrel azaldılmasıyla danışıqlara başlayacağını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.