Dünya

Rusiyanın ən zəngin qadını məlum oldu - FOTO

20 Fevral 2020 13:19
0 Şərh     Baxış: 3 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Forbes" jurnalı Rusiyanın beynəlxalq onlayn-maqazini "Wildberries"in sahibi Tatyana Bakalçuku "Rusiyanın ən zəngin qadını" elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1,4 milyard dollar sərvətlə bir il öncə siyahıda lider olan Yelena Baturinanı üstələyib. Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı olan Baturinanın sərvəti 1, 2 milyard dollar dəyərində qiymətləndirilir.

Nəşr yazır ki, 2004-cü ildə həyat yoldaşı ilə biznes həyatına başlayan 44 yaşlı Bakalçuk son bir il ərzində 400 milyon dollar gəlir əldə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.