Dünya

Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır

19 Fevral 2020 09:17
3 Şərh     Baxış: 1 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Ali Radasının xanım deputatı Darya Volodina "erməni soyqırımı qurbanlarının anılması" ilə bağlı qanun layihəsini qeydə alıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, prezident Vladimir Zelenskinin başçılıq etdiyi "Xalqın qulluqçusu" (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün gündəliyə salınmasına nail olub.

Deputat 1991-ci il aprelin 16-da Donetsk şəhərində anadan olub. 2019-cu il iyulun 21-də "Xalqın qulluqçusu" partiyasının 65 nömərli namizədi kimi Radaya üzv seçilib. Darya Volodina maliyyə, gömrük və vergi komitəsinin üzvüdür.

Xatırladaq ki, son 10 ildə ermənilər artıq 4-cü dəfədir ki, "erməıni soyqırımı"nı Radada qəbul etdirməyə çalışıblar. 2013,2015 və 2019-cu illərdə bu qanunverici təşəbbüslər Ukrayna deputatları tərəfindən rədd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.