Dünya

ABŞ koronavirusla mübarizəyə vəsait ayırıb

12 Fevral 2020 07:41
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə ABŞ Dövlət Departamenti Çinə yardım üçün təqribən 17,8 ton tibbi ləvazimat, o cümlədən maska, xalat, tənzif, respirator və digər həyati vacib materialların göndərilməsinə kömək edib. Bu yardım Amerika xalqının səxavətinin bariz nümunəsidir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında bildirilir.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar hökuməti koronavirusla mübarizə və bu yoluxucu xəstəliyin qarşısını almaqdan ötrü Çinə və digər zərərçəkən ölkələrə həm birbaşa, həm də beynəlxalq təşkilatlar vasitəsilə maliyyə yardımı üçün 100 milyon dollaradək xərcləməyə hazırdır.

Bəyanatda daha sonra deyilir ki, bu yardım bütün dünyada səhiyyə sahəsində təhlükəsizlik proqramının möhkəmləndirilməsi üçün Birləşmiş Ştatların gördüyü işlərin davamıdır. Son 20 il ərzində Birləşmiş Ştatlar ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi vasitəsilə 25-dən artıq ölkədə yoluxucu xəstəliklərin aşkarlanması, qarşısının alınması, mövcud olan və yarana biləcək təhlükələr üzrə potensialın möhkəmlənməsinə 1 milyard dollardan artıq vəsait xərcləyiblər. 2015-ci ildən "Sağlamlığın təhlükəsizliyi sahəsində qlobal gündəlik" layihəsində tərəfdarlıq çərçivəsində epidemioloji nəzarəti və laboratoriya sistemlərini yaxşılaşdırmaqda, risklər haqqında məlumatlandırmada, epidemiyanın baş qaldırmasına reaksiya vermək və mikrobəleyhinə dərmanlara dayanıqlılığa artan təhlükəni kənarlaşdırmaqda bu dəstəyin köməyi olub.

"Birləşmiş Ştatlar dünyada ən səxavətli donordur və donor olmaqda davam edəcək. Biz digər ölkələri də bizim vəzifələrimizə uyğun hərəkət etməyə çağırırıq. Biz birlikdə fəaliyyət göstərərək artan təhlükənin qarşısının alınmasına güclü təsir göstərə bilərik", - deyə bəyanatın yekununda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.