Dünya

Ötən il Türkiyəyə rekord sayda turist gəlib - FOTO

12 Fevral 2020 07:14
0 Şərh     Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Türkiyəyə rekord sayda turist gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2019-cu ildə Türkiyəni 51 milyon 860 min turist ziyarət edib. Bundan da 34 milyard 520 milyon ABŞ dolları gəlir əldə olunub.

2019-cu ildə Türkiyənin bu sektordan əldə etdiyi gəlir əvvəlki son üç illə müqayisədə 9, 71, 2018-ci ilə görə isə 17 faiz artıb.

Bu rəqəm 2018-ci ildə 45 milyon 628 min nəfər təşkil edib.
Türkiyədə ötən il ən çox turist qəbul edən şəhər isə İstanbul olub.

Mütəxəssislər qeyd edilən artımın əsas səbəbinin son illər ölkədə turizm sahəsində həyata keçirilən yeniliklər və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin yaradılması olduğunu bildirirlər. 2020-ci il üçün ölkənin turist hədəfi isə 58 milyon nəfərdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.