Dünya

ABŞ-da ilk dəfə türk polis rəisi oldu - VİDEO

7 Fevral 2020 23:05
3 Şərh     Baxış: 2 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da Paterson şəhər Polis İdarəsinə türk polis rəis təyin edilib.

Milli.Az xəbər verir ki, türk əsilli Mayk Baykora adlı şəxs xüsusi mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

Onun andiçmə mərasiminin türk dilində dua ilə başlaması və Baykoranın əlini müqəddəs Quran kitabına basması diqqətdən yayınmayıb.

Məlumat üçün bildirək ki, Türkiyənin Əskişəhər şəhərində doğulan Mayk Baykora kiçik yaşlarında ailəsi ilə Patersona köçüb və orada böyüyüb.
O, 1988-ci ildən polis təşkilatında çalışır. 2 uşaq atasıdır.

Qeyd edək ki, Paterson türklərin ən çox yaşadığı şəhərdir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.