Dünya

Polis koronavirusdan danışan həkimi saxladı

6 Fevral 2020 08:12
1 Şərh     Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində yayılan ölümcül virusa görə hökumət bəzi ehtiyat tədbirləri görür. Buna görə də virus barədə məlumatların paylaşılmasını məhdudlaşdırıb. Məlumatı yayan şəxslərin cəzalandırılması da nəzərdə tutulub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu səbəbdən Vuhanda çalışan və virus haqqında həqiqəti deyən həkimi polisə çağırıblar. "The New York Times"-ın məlumatına görə, oftalmoloq hələ keçən ilin sonlarında çatda yaxınlarına xəstəxanaya qəribə infeksiya ilə 7 nəfərin gəldiyini yazıb. Bundan sonra Li Venlyanı polisə çağırıblar. Onu yalan məlumat yaymaqda ittiham ediblər.

Məlumatları yaydığına görə, həkim üç gün polis şöbəsində saxlanılıb. Bundan sonra Venlyan yazdıqlarını təkzib etməyə məcbur olub.

Həkim Çin Səhiyyə Nazirliyinin nümayəndələrinə də cavab vermək məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.