Dünya

Rusiyada daha bir təyyarə təcili eniş edib - FOTO

1 Fevral 2020 14:49
0 Şərh     Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soçidən Moskvaya uçuş həyata keçirən sərnişin təyyarəsi Vnukova aeroportuna qayıdaraq təcili eniş etmək məcburiyyətində qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, təyyarə zolaqda yanğınsöndürən maşınlarla qarşılanıb. Hadisənin səbəbləri araşdırılır.

Hazırda bütün sərnişinlər aeroport binasına təxliyyə edilir. Zərərçəkənlərin olmadığı vurğulanıb.

Sərnişinlərin sözlərinə görə, onların başqa təyyarə ilə yola salınacağı bildirilib.

Xatırladaq ki, son bir həftədə Rusiyaya məxsus bir neçə təyyarə müxtəlif səbəblərdən təcili eniş etmək məcburiyyətində qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.