Dünya

"Boeing" Hindistan Ordusunu 17 "Apache" və 10 "Chinook" vertolyotu ilə təmin edib

30 Yanvar 2020 07:45
0 Şərh     Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Boeing" korporasiyası, 2015-ci ildə ABŞ-a sifariş verilmiş 17 "AH-64E Apache Guardian" və 10 "Chinook" hərbi nəqliyyat vertolyotlarını Hindistan silahlı qüvvələrinə təhvil verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, korporasiyanın mətbuat xidmətinin xəbərində deyilib: "Hindistan Silahlı Qüvvələri 22 sifariş verdiyi "AH-64E Apache Guardian" vertolyotundan 17-ni və 15 "CH-47 Chinook" vertolyotundan 10-nu alıb. Nyu-Deli daha əvvəl bir sıra Boeing təyyarələri, xüsusən 11 "C-17 Globemaster III" ağır hərbi nəqliyyat və səkkiz "P-8I" dəniz patrul təyyarəsi əldə etməklə yenidən 4 "P-8I" sifariş edib.

Hindistan ordusuna 22 "AH-64E" və 15 "CH-47" satılmasına dair müqavilə ölkənin ordu tarixində ən nəhəng saziş olub və dəyəri təxminən 2,2 milyard dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.