Dünya

Koronavirusdan sonra daha bir təhlükə: altı gündə altı uşaq öldü

29 Yanvar 2020 16:44
1 Şərh     Baxış: 4 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirus təşvişi davam edərkən Kolumbiyadan yeni epidemiya barədə həyəcanlı xəbərlər  yayılmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Sabah" xəbər yayıb. 

Bildirilir ki, yanvarın 23-dən bəri altı uşağın ölümü, 60 nəfərdən artıq insanın xəstələnməsi ilə nəticələnən epidemiyaya nəyin səbəb olduğu bilinmir.

Kolumbiya Səhiyyə Nazirliyi artıq bununla bağlı tədbirlərə başlayıb.

Epidemiyanın ölkənin şimal-qərbində Çoko departamentinin Baxo-Baudo bölgəsindən yayıldığı vurğulanır.

Qeyd edək ki, hazırda Çin koronovirusu adı ilə tanınan xəstəliklə əlaqədar dünyanın bir çox ölkələrində həyəcan yaşanır. Son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.