Dünya

Almaniyada yeni növ koronovirusa yoluxanların sayı artıb

29 Yanvar 2020 08:36
0 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Bavariya vilaylətində yeni növ koronovirusa daha 3 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə regionun Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: "Bavariyanın Səhiyyə Nazirliyi daha 3 nəfərin yeni növ koronovirusa yoluxması barədə məlumatlandırılır".

Bildirilir ki, yeni növ virusa yoluxan şəxslər "Webasto" şirkətində işləyirlər.

Qeyd edək ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.