Dünya

Tramp Netanyahu ilə Yaxın Şərq Sülh planının detallarını açıqlayıb

28 Yanvar 2020 22:17
0 Şərh     Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki ölkə liderləri açıqlamada İsrail-Fələstin münaqişəsinə dair Sülh planın ilə bağlı bəyanat veriblər.

Tramp ABŞ tərəfindən Fələstin-İsrail münaqişəsini həllini nəzərdə tutan planın bir sıra detallarını açıqlayıb. O İsrailin sülh yolunda böyük bir addım atdığını söyləyib: "ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur. Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada ABŞ qürurla səfirliyini açacaq".

Tramp Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı planı həyata keçirmək üçün digər ölkələrlə də işləməyə hazır olduğunu bildirib: "ABŞ bütün tərəflərlə işləməyə hazırdır. Bir çox ölkələr də bizimlə işləmək istəyir. Mən çoxları ilə danışmışam".

Qeyd edək ki, Tramp tərəfindən "Əsrin sövdələşməsi" olaraq xarakterizə edilən Yaxın Şərq Sülh planının müzakirəsi üç il müddətində gündəmdə olsa da müxtəlif səbəblər üzündən hər dəfə təxirə salınırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.