Dünya

Evdən 3 uşağın meyiti tapıldı - Müəmmalı ölüm polisləri çaşdırdı

27 Yanvar 2020 22:14
0 Şərh     Baxış: 1 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyanın Dublin şəhərində bir ailənin evində 3 övladının meyiti tapılıb.

Milli.Az xəbər verir ki, polis iki oğlan və bir qızın ölümünü "izaholunmaz" hesab edib.

Faciə Nyukasl kəndində baş verib. Axşam saatlarında yoldan keçənlər küçədə gəzən bir qadını görüblər. O, şok vəziyyətində evində "nəsə pis bir şeyin baş verdiyini" bildirib.

Polis evə daxil olduqda  4, 8 və 10 yaşlarında olan 3 uşağın cansız bədəni ilə qarşılaşıb. Meyitlərin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Uşaqların zəhərləndiyi ehtimal olunur.

Qadın xəstəxanaya çatdırılıb. Qadının polisə verdiyi ifadə barəsində heç bir məlumat yoxdur.

Bəzi məlumatlara görə, evin pəncərəsində məktub tapılıb. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.