Dünya

Boliviyanın müvəqqəti başçısı prezident seçkilərində namizədiliyni irəli sürəcək

25 Yanvar 2020 09:06
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviya Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes, mayın 3-də keçiriləcək ölkə başçısı seçkilərində öz namizədiliyni irəli sürəcək.

Xatırladaq ki, sabiq prezident Evo Morales Karlos Mesanın başçılıq etdiyi müxalifətin 20 oktyabrda kütləvi seçki pozuntularını elan etdikdən sonra ordunun təzyiqi ilə istefa verib və ölkədən gedib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onun ardınca Boliviyanın bütün yüksək rəhbərliyi istefa verib, hakimiyyət isə Senatın vitse-spikeri Janin Anyesə keçib. Hökümət yeni seçkilər elan edib.

Evo Moralesin qarşıdakı seçkilərdə namizəd kimi iştirak etməsi qadağan olunub. O, Argentinada yerləşib və oradan "Sosializmə doğru Hərəkat"ının prezidentlik kampaniyasına rəhbərlik edir. Boliviya Ali Seçki Məhkəməsi (TSE) ölkədə mayın 3-də prezident seçkiləri təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.