Dünya

İran Kanadanın bütün nümayəndələrinə viza verib

14 Yanvar 2020 07:05
0 Şərh     Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqda iştirak edən və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün Kanadalı mütəxəssislərə və diplomatlara viza verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampan öz "Twitter" səhifəsində bildirib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Justin Trudo Kanadanın İran vizası alan ilk nümayəndələrinin Tehrana gələcəyini açıqlamışdı.

Ottava bir qədər əvvəl 10 diplomat və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının iki nümayəndəsi daxil olan işçi qrupu yaradıb. Nazirin sözlərinə görə, həmin qrup həlak olanların ailələrinə konsulluq xidmətləri göstərəcək, fəlakət qurbanlarını müəyyənləşdirməkdə və istintaqda iştirak edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory