Dünya

Fransadakı etiraz aksiyalarına 150 minə yaxın iştirakçı qatılıb

12 Yanvar 2020 09:11
0 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada təqaüd islahatlarına qarşı keçirilən etiraz aksiyalarında, Parisdə 21 min etirazçı da daxil olmaqla, 149 min nəfər iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu rəqəmlər ən böyük Fransız Həmkarlar İttifaqı (CGT) tərəfindən verilən rəqəmlərə ziddir. İttifaqın hesabatına görə, ancaq Parisdəkı aksiyalarda 150 min nəfər iştirak edib.

Yanvarın 11-də Fransa paytaxtında və digər şəhərlərində bu ilin təqaüd islahatlarına qarşı ikinci böyük etiraz aksiyası baş tutub. Parisdə nümayiş iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub.

Polis prefekturasından alınan son məlumatlara görə, paytaxt nümayişləri zamanı 19 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.