Dünya

Hemilton Avstraliyadakı yanğınlarla mübarizəyə yardım göstərəcək

10 Yanvar 2020 08:42
0 Şərh     Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Formula 1" avtomobillər yarışı üzrə dünya çempionatında çıxış edən "Mersedes"in britaniyalı yarışçısı Lyuis Hemilton Avstraliyadakı meşə yanğınlarına qarşı mübarizə üçün 500 min dollar məbləğində yardım edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə idmançı öz "Twitter" səhifəsində bildirib.

L.Hemilton bildirib: "Avstraliyada baş verən yanğınlara görə dağıntılar və ölkə sakinlərinin, eləcə də faunanın nümayəndələrinin üzləşdikləri çətinliklər ürəyimi sındırır. Heyvanları qorumaq, bu sahədəki işçilərə və yanğınsöndürənlərə dəstək olmaq üçün tədbirləri maliyyələşdirmək məqsədilə 500 min dollar bağışlamaq niyyətindəyəm".

Qeyd edək ki, L.Hemilton altı qat dünya çempionudur (2008, 2014, 2015, 2017, 2018, 2019).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.