Dünya

Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

9 Yanvar 2020 08:23
1 Şərh     Baxış: 1 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada kütləvi meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabat Sidney Universitetinin mətbuat xidməti tərəfindən nəşr edilib.

Hesabatda deyilir: "Professor Kris Dikman, Yeni Cənubi Uelsdəki meşə yanğınlarında ölən heyvanların sayına aid daha əvvəlki hesablamaları, mümkün itkilərin 480 milyondan 800 milyona qədər olduğunu düşünərək yenidən yoxladı".

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Avstraliya şöbəsi, Kris Dikman tərəfindən edilən araşdırmaya əsasən, ölkə boyunca 8.4 milyon hektar meşə sahəsini məhv edən yanğınlarda ölən heyvanların sayını 1,25 milyard səviyyəsində qiymətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.