Dünya

Trampın hərbi qərarlar vermək hüququ məhdudlaşdırıla bilər

6 Yanvar 2020 11:11
0 Şərh     Baxış: 1 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Nümayəndələr palatası Prezident Donald Trampı hərbi əməliyyatlar haqda qərar vermək hüququndan məhrum etmək istəyir.

Milli.Az oxu.az-a istinadən verir ki, palatanın spikeri Nensi Pelosi bu həftə Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmaqdan ötrü yeni qətnaməni qəbul etməyi planlaşdırdıqlarını elan edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.

Bundan sonra İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.