Dünya

İran ilk hədəfini göstərdi

5 Yanvar 2020 13:41
8 Şərh     Baxış: 3 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın dini lideri Əli Xamneyinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Ali Şurası general Qasım Süleymaninin öldürülməsindən sonra bir araya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, toplantıdan sonra şura üzvləri yazılı bəyanatla çıxış ediblər. Bəyanatda Süleymaninin ölümündə günahı olanlardan "çox böyük intiqam alınacağı" bildirilib. İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah") generalı Qulaməli Əbuhəmzə Süleymaninin öldürülməsinə qarşılıq olaraq İranın əli çatan hər yerdə amerikalıları cəzalandıracağını bildirib.

"Hörmüz boğazı Qərb üçün həyati əhəmiyyətli nöqtədir və Amerikanın çox sayda hərbi gəmisi oradan keçir. Bölgədəki ABŞ hədəfləri də uzun zamandır İran tərəfindən öyrənilib. 35 ABŞ hədəfi, o cümlədən Tel-Əviv əlimiz çatacaq məsafədədir", - Əbuhəmzə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.