Dünya

İraqda 3 günlük matəm elan edildi

5 Yanvar 2020 09:11
5 Şərh     Baxış: 1 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraq Baş nazirinin vəzifəsini icra edən Adel Abdel Mehdi ölkədə üç günlük matəm elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İraq hökumətinin başçısı öz rəsmi "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, matəm İranlı general Qasim Süleymaninin və şiə milis başçısının müavini Əbu Mehdi əl-Muhandisin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsi ilə əlaqədar elan edilib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.