Dünya

BMW adamla dolu dayanacağa girdi - Sürücü sifətinin yarısı qan içində qaçdı - VİDEO

29 Dekabr 2019 09:54
0 Şərh     Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Volqoqrad şəhərində "BMW" sürücüsü idarəetməni itirərək son sürətlə dayanacağa girib, sonra isə hadisə yerindən qaçıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə V1.ru Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, qəza dekabrın 28-də səhər saatlarında Voljskiy şəhərində baş verib. Küçəyə quraşdırılan müşahidə kamerasında əks olunan görüntülərdə sol zolaqla hərəkət edən avtomobilin qəfil sağa dönməsi və içərisində adamların olduğu dayanacağa çırpılması görünür. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.

Sürücü hadisə yerindən qaçıb. Polis onun axtarışına başlayıb. Maşında olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.