Dünya

Əməliyyat siqnalı: Türkiyə ordusu hazır gözləyir

27 Dekabr 2019 20:34
0 Şərh     Baxış: 2 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Müdafiə Nazirliyi bu il ərzində PKK terror təşkilatına qarşı ümumilikdə 150 əməliyyat keçirildiyini açıqlayıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, nazirlik Türkiyə ordusunun keçirdiyi "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh çeşməsi" əməliyyatlarından sonra yarım milyondan çox suriyalının öz doğma vətənlərinə qayıtdığını bildirib.

Hərbi mənbələr bu açıqlamanın Liviyaya mesaj olduğunu yazıb:

"Nazirlikdəki səlahiyyətlilər əmr verildiyi təqdirdə ordunun Liviyada əməliyyata başlamağa hazır olduğunu deyiblər".

Qeyd edək ki, bir qədər əvvəl Liviya Milli Razılıq Hökumətinin Ankaradan rəsmən yardım istədiyi haqqında məlumat yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.