Dünya

PKK Türkiyə əsgərlərinin üstünə uşaqları göndərir

25 Dekabr 2019 10:48
0 Şərh     Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyanın Hasaka şəhərində Hol düşərgəsində əsir saxlanılan 100-dən çox əcnəbi uşağa zorla silahlı təlim verilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə PKK/YPG terror təşkilatından qaçaraq Türkiyənin Mardin əyalətinin Kızıltəpə şəhərində hökumətə təslim olan terrorçu H.A. bildirib.

Onun sözlərinə görə, 12-14 yaş arasında olan kimsəsiz uşaqlar təlimdən sonra Türkiyə Silahlı Qüvvələri və Suriya Ordusuna qarşı istifadə edilmələri üçün Roj düşərgəsinə aparılırlar.

Təhlükəsizlik Qüvvələri bu vəziyyətin PKK/YPG terror təşkilatının ağır itkilər verdiyinin, zərərsizləşdirilən və qaçaraq təslim olan üzvlərinin yerinə yenilərini tapmaqda çətinlik çəkdiklərinin və dağılma nöqtəsinə gələn təşkilatın son çırpınışlarının bir sübutu olduğunu bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.