ABŞ-ın Nyu-Hempşir ştatında "Marriott" şəbəkəsinə aid oteldə partlayış, ardınca da yanğın baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
İnsident səhər saatlarında Lebanon şəhərindəki "Element Hotel" otelində, beşmərtəbəli binanın texniki otaqlarının birində qeydə alınıb.
Otelin qonaqlarından 8 nəfəri, eləcə də iki yanğınsöndürən xəstəxanaya çatdırılıb. Onlardan biri təhlükə zonasından kənarda buz üzərində sürüşərək yaralanıb. 75 qonağın hamısı təxliyyə edilərək şəhərin digər otellərinə yerləşdirilib.
Milli.Az