Dünya

Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

24 Dekabr 2019 13:52
0 Şərh     Baxış: 1 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbs olunması barədə hökm çıxarıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Narek Sarkisyan bir neçə gün əvvəl Çexiyadan Ermənistana gətirilmişdi.

N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi. O, həmçinin "adam oğurluğu"nda şübhəli bilinir.

N.Sarkisyan bir müddət əvvəl Praqada saxta Qvatemala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.