Dünya

Əfqanıstanda prezident seçkiləri: Məhəmməd Əşrəf Qani liderdir - İlkin nəticələr

22 Dekabr 2019 15:06
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda sentyabrın 28-də keçirilmiş prezident seçkilərində ilkin hesablamalara görə, hazırkı Prezident Məhəmməd Əşrəf Qani liderdir. O, səslərin 50,64 faizini qazanıb. İkinci yer Abdullah Abdullaha məxsusdur.

Bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Alem Nuristani məlumat verib.

O deyib ki, səsvermədə 2 milyondan az vətəndaş iştirak edib. Çox sayda bülleten etibarsız hesab olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Əfqanıstanda 2001-ci ildə "Taliban" rejiminin süqutundan sonrakı dövrdə keçirilmiş dördüncü prezident seçkiləridir. Qeyri-sabit şəraitdə seçkilərin keçirildiyi gün törədilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub, 123 nəfər yaralanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.